“Bayıl yamacında sürüşmə sahəsinin uzunluğu 200 – 220 metr, eni 100 – 130 metr, qırılma qaşının hündürlüyü 5 – 12 metr arasında dəyişir”
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O qeyd edib ki, Zığda, Masazır və Nübar qəsəbələrində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
Qeyd edək ki, Bakı Televiziya Qülləsindən 200 - 250 metr cənub - şərqdə ötən ay sürüşmə prosesi baş verib. Sürüşmə nəticəsində 4 ev dağılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...