Rövşən Bağırovla Qorxmaz Hüseynov 3 kəndi susuz qoyur - Prezidentə müraciət Beyləqan icra başçısının köməkçisi kimdir? - Bir müəmmanın izi ilə… ƏSMM-də Heybət İmanov dövrü yenidən başlayır? “Kontakt Home“ mağazalar şəbəkəsi müştəriləri necə aldadır?
 

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb

Tarix 01.03.18, 16:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentliyin fəaliyyət istiqamətləri, sahibkarlığın inkişafında rolu ilə bağlı iqtisadiyyat naziri Şahin Mustafayevin "APA-Economics"ə müsahibəsi


- Cənab nazir, bu qurumun yaradılması hansı zərurətdən irəli gəlir?

- Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir. Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq edilir. Ötən dövr ərzində sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 15 il ərzində 4,3 dəfə artıb, Ümumi Daxili Məhsulda özəl sektorun xüsusi çəkisi 80%-i, məşğulluqda payı isə 75%-i ötüb.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara (KOS-lara) göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Bütün bunları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəfləri nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 28 dekabr 2017-ci il tarixli fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

Bu sahədə təkliflər hazırlanarkən sahibkarlığın inkişafı və tənzimlənməsi sahəsində beynəlxalq təcrübədə tətbiq olunan mütərəqqi idarəçilik təcrübəsi araşdırılıb. Belə ki, bir sıra inkişaf etmiş ölkələrdə sahibkarlığın, xüsusilə KOS-ların inkişafı məqsədilə investisiyaların, müasir texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin və dövlət tənzimləmə mexanizmlərinin tətbiqinə, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli və ixracyönümlü məhsulların istehsalının stimullaşdırılmasına, sahibkarlıq subyektlərinə informasiya, hüquqi və iqtisadi məsləhət xidmətlərinin göstərilməsi və onların dövlət təşkilatları, yerli və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına yardım göstərən müvafiq təsisatlar fəaliyyət göstərir.

Azərbaycanda özəl bölmənin inkişafında xüsusi rolu olacaq Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması dövlət başçısının özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına verdiyi böyük önəmin, göstərdiyi davamlı diqqət və qayğının daha bir təzahürüdür.

- Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik

- Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi qarşısında qoyulan əsas vəzifə ölkədə KOS-ların iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabət qabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, KOS-lara xidmətlərin göstərilməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, KOS sferasında dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir.

Dövlət başçının müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq, Agentlik KOS-lara dəstək infrastrukturunun inkişafına köməklik göstərməli, KOS-ların dəstəklənməsi məqsədilə yerli, xarici və beynəlxalq təşkilatların maliyyə vəsaitlərinin cəlb edilməsi, məqsədli proqramların hazırlanmasını və icrasının təşkilini təmin etməlidir.

Agentliyin daha bir fəaliyyət istiqaməti KOS-lara təlim-tədris, məsləhət, innovasiya, hüquq, maliyyə xidmətlərinə, həmçinin kadr və informasiya-kommunikasiya resurslarına çıxış, marketinq və satışa dəstək, layihələrin idarə olunması, korporativ idarəetmə və s. digər bu kimi beynəlxalq təcrübədə tətbiq edilən kommunikativ mexanizmlərin, eləcə də dövlət orqanları və təşkilatları tərəfindən göstərilən xidmətlərin vahid məkanda - KOS evlərində təşkili, sahibkarlara  göstərilən dövlət xidmətlərinin elektronlaşdırılmasıdır. Bütün bu kommunikasiya və xidmətlər sahibkar məmnunluğunu təmin etməklə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçiriləcək.

Bundan başqa, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi dövlət satınalmalarında KOS-ların iştirakının genişləndirilməsinə istiqamətlənmiş tədbirlər, kiçik və orta sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, müvafiq xarici və yerli təşkilatların KOS-ların dəstəklənməsinə cəlb edilməsi və sahəvi normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlayacaq.

- KOS Agentliyinin fəaliyyəti kiçik və orta sahibkarlara nə verəcək?

- Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlara göstərilən xidmətlərin vahid məkanda “bir pəncərə” prinsipi üzrə təşkili müsbət nəticələr verməklə, həmin xidmətlərin keyfiyyətinin və əlçatanlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Agentlik tərəfindən qeyd etdiyimiz fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərlə yanaşı, KOS-lar üçün digər tələb olunan xidmətlərin, xüsusilə bazar araşdırmaların aparılması, elmi-tədqiqat və təhsil müəssisələri ilə əlaqələrin qurulması və qabaqcıl elmi-texnoloji yeniliklərin tətbiqi, sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, biznes inkubatorların fəaliyyətinin təşkili, sahibkarların müraciətlərinə baxılması və s. xidmətlərin “KOS evləri” vasitəsilə həyata keçirilməsi sahibkarlar üçün faydalı olacaq, onların səmərəli fəaliyyətinin təşkilində əhəmiyyətli rol oynayacaq.

Bununla yanaşı, KOS subyektlərinin hüquqi  və biznes biliklərinə, mütəxəssis bankına və müxtəlif xarakterli məlumat mənbələrinə çıxış imkanlarının artırılması, dövlət xidmətlərindən bir məkanda istifadə imkanlarının yaradılması, biznes və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə vahid məlumat portalı yaradılacaq.

- Agentliyin fəaliyyətinin təşkili üçün hansı işlər görülür?

- Hazırda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin fəaliyyətinin təmin olunması üçün təşkilati tədbirlər həyata keçirilir və sahəvi normativ hüquqi bazanın formalaşdırılması istiqamətində işlər aparılır. Belə ki, artıq müvafiq normativ-hüquqi sənədlərin layihəsi hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Uzun müddət İqtisadiyyat Nazirliyində işləmiş və bu sahədə təcrübəyə malik Orxan Məmmədov Agentliyin icraçı direktoru təyin olunub.

Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanla verdiyi tapşırıqların icrası olaraq, Agentliyin və onun tərkibində KOS evlərinin fəaliyyətə başlaması bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, institusional dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsinə, KOS-lar üçün zəruri bütün xidmətlərə vahid məkanda rahat  çıxışın təmin edilməsinə şərait yaradacaq.

MilliYol.Az



Xəbərin oxunma sayı : 202

loading...

Müsahibə

Önəmli

Son xəbərlər

18 İYUN 2018

22:00 DÇ- 2018: Kaliniç yığmadan qovuldu

21:48 İndoneziyada göyərtəsində 80 nəfərin olduğu gəmi batıb

21:29 Kadırovdan ABŞ-a cavab

21:05 Makedoniyada etirazlarda xəsarət alanların sayı 17-ə çatdı

20:43 Quşadasında azərbaycanlı qadınlar tutuldu

20:24 Kral 30 milyardı öz adına keçirdi

20:01 Online oyunlardan asılılıq xəstəlik kimi tanındı

19:47 Makedoniya yeni qanun layihəsini təsdiqləyib

19:24 Türkdilli ölkələr vahid gömrük zonası yaradır

19:09 Bu aydan “iPhone” ucuzlaşır

18:56 Ölüm riskini azaldan qidalar – Siyahı

18:32 Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

18:14 İranda üç polisi öldürən avtobus sürücüsü edam olunub

18:00 İranın Suriyada üç çətin seçimi - Təhlil

17:48 Azərbaycanlı biznesmen həbs olundu

17:21 “Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir”

17:09 Əhalinin banklarda 7.8 milyard manat pulu var

16:57 İspan kralının kürəkəni cəzasını qadın həbsxanasında çəkəcək

16:35 Goranboy sakini yuyucu tozdan zəhərlənib

16:12 Zəlzələ nəticəsində xəsarət alanların sayı 300 nəfəri keçdi

15:56 Erməni müəllif Bakını hədələdi

15:38 Kravçukdan Putin və Poroşenkoya çağırış

15:16 Roma Papası miqrantlara dəstək verdi

15:09 Paşinyanın həbs etdiyi generalın oğlu istefa verib

15:00 Şəkidə çobanı ildırım vurub

14:41 Moskva və Riyad neft hasilatında artıma razılaşdı

14:27 Günün matçlarını yayımlayacaq kanallar

14:02 Güclü külək və yağış 3 rayonda fəsadlar törətdi

13:48 Türkiyə Antarktikada elmi baza yaradır

13:24 “Ermənilər tək bizi yox, nəhəng neft şirkətlərini də hədələyir”

13:01 Türkiyədə ağır yol qəzası: 3 ölü, 39 yaralı

12:40 Hadisə: “İllərdir bu xəstəlikdən əziyyət çəkirəm”

12:28 ATƏT-in nümayəndə heyəti Azərbaycana gələcək

12:06 Neft ucuzlaşıb

11:58 ABŞ Suriya ordusunu bombalayıb: 48 ölü

11:36 Goranboyda qadın intihara cəhd edib

11:13 Yaponiyada zəlzələ: 3 ölü, 200 yaralı

11:00 Azərbaycanda bank sədrinin müavini ölkədən qaçdı

10:47 Atəşkəs 102 dəfə pozuldu

10:21 “TANAP Azərbaycanın nüfuzunun artmasına güclü təkan verəcək”

10:07 Sabunçuda yol qəzası: 1 yaralı

17 İYUN 2018

22:00 16 yaşlı oğlan Araz çayında boğularaq öldü

21:47 “Neftçi” Premyer Liqanın bombardirini transfer edib

21:30 Tərtərdə zəhərlənən pambıqçıların vəziyyəti necədir?

21:15 Arvadını vəhşicəsinə döyərək bıçaqlayan şəxs barəsində qərar verildi

20:57 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək

20:42 Göygölə dolu düşdü, təsərrüfatlara ziyan dəydi - Foto

20:29 Saxlanılmış AXCP fəalları azadlığa buraxıldı

20:13 DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

19:55 Astarada yük maşınından yıxılan 19 yaşlı gənc ölüb

19:40 Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

19:27 DÇ-2018: Misirli qolkiperdən maraqlı addım

19:14 Britaniyanın daxili işlər nazirinin telefonu oğurlandı

18:50 Bakıda 10 nəfərdən çox AXCP fəalı saxlanıldı

18:37 Ticarət müharibəsinin əsas döyüşçüsü - Tramp, qalib gələ biləcəkmi?

18:25 Kamboca şahzadəsi və onun həyat yoldaşı yol qəzasına düşüb

18:11 Bakıda velosiped 6 yaşlı uşağı vuraraq xəstəxanalıq edib

17:58 Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb

17:44 DÇ 2018: Kosta Rika – Serbiya - start heyətlər

17:31 Meksikada yol qəzası zamanı 7 adam öldü

17:17 İki uşaq anasını maşınla vurub, öldürən sürücü niyə gizlədilir?

16:55 Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib

16:40 Qarabağ münaqişəsini başlayanlardan biri öldü

16:28 Roma Papası abortları nasistlərin cinayətləri ilə eyniləşdirib

16:11 Azərbaycanlının restoranında dava: Ərəblərlə uruqvaylılar dalaşdılar

15:50 Azərbaycanla Ermənistan arasında son döyüşlərin yeni təfərrüatları

15:38 Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

15:26 Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 36 nəfərə çatdı

15:10 Nadir Qafarzadə ilk dəfə nikahdankənar övladından danışdı

14:54 Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərlənib

14:42 Xankəndi üzərində Ermənistanın “qırıcı”ları uçmayıb - Rəsmi açıqlama

14:28 Bu gün hava necə olacaq?

14:11 DİN: Axtarışda olan 15 nəfər saxlanıldı

13:40 Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi

13:27 “Bakılı oğlanlar”dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ - Video

13:13 Türkiyə ordusu Qəndildə 35 terrorçunu məhv edib

12:55 Şamaxıda yük və minik maşınları toqquşub - 2 nəfər ölüb, 3 yaralı var

12:41 PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi

12:30 DÇ-2018: Braziliya və Almaniya mübarizəyə başlayır

12:15 Yaponiyada güclü zəlzələ olub

11:52 49 yaşlı azərbaycanlı bazarda adamları atəşə tutdu

11:39 Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

11:29 Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başladı

11:13 “Şansımız vardı, ancaq mən ondan istifadə etmədim” - Messi

10:56 Ermənistan silahlı qüvvələri atəşkəsi 83 dəfə pozub

10:40 “Paşinyanın Qarabağa səfəri müharibəyə çağırışdır” – Rəsmi Bakı

10:19 Ermənistanda etiraz aksiyası keçirilir

10:00 Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi

16 İYUN 2018

19:30 DÇ-2018: Argentina İslandiya yığması ilə bacarmadı

18:52 Nəhəng piton evdar qadını uddu

18:21 “Beş ayda neft sektoruna 2,4 mlrd. dollar vəsait yönəldilib“

17:45 Ramil Usubov əmr imzaladı: Polis rəisi işdən çıxarıldı

17:30 5 tondan çox narkotik məhv edildi

17:14 Paşinyan istefa verəcək

16:58 Dövlət büdcəsində Bakının gəlirləri azaldılır

16:40 “Paşinyan ətraf rayonları qaytara bilər, ən təhlükəlisi budur ki...”

16:27 Zakir Həsənov: “Hər an hazır olmalıyıq“

14:33 Kür və Araz çaylarında çirklənmə səviyyəsi artıb

14:10 “Ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb, 24-nün üstü dərhal açılıb”

13:44 Türkiyə aviasiyası İraqda Kandil dağlarında əməliyyat keçirir

13:30 Nikol Paşinyan Dağlıq Qarabağa gedəcək

12:00 Məhbus məhkəmə binasında iki nəfəri güllələdi –ABŞ-da

11:49 “Türkiyə və ABŞ Suriyaya dair 90 günlük saziş imzalayıb“

11:33 İspaniyaya 3 qol vuran Ronalduya həbs cəzası verildi

11:20 Qızıl 26 dollardan çox ucuzlaşıb

11:08 Bu gün DÇ-2018-də dörd oyun keçiriləcək

11:00 Lotu Quli “Avropa obşakı”nı ələ keçirmək istəyir

10:45 Samux sakini iş yoldaşını qətlə yetirdi

10:30 Atəşkəs 86 dəfə pozulub

10:02 Sumqayıtda 51 yaşlı kişi dənizdə batıb

15 İYUN 2018

21:50 Azərbaycanda müəllimlər maaşla dolana bilirmi?

21:36 Şamaxıda sel və torpaq sürüşməsi fəsadlar törədib

20:40 Putinin Paşinyana yeni “sürprizi”

20:25 “Əhali 5 ayda 20 milyard manatdan çox gəlir əldə edib” – Rəsmi

19:41 Azərbaycanlılar sərxoş Amerika hərbçisini döydülər

19:12 “Qarabağ müharibəsinin həllini uzatmaq istəmirik“ - Rusiya XİN

18:50 Qazaxda dinc sakin ermənilərin açdığı atəş nəticəsində yaralanıb

18:27 Cəbhəboyu zonada hərbi birliyin təlimləri başa çatıb

16:55 Goranboyda iki yeniyetmə kanalda batıb

16:40 “Gürcüstanın TANAP-ın açılışında qatılmaması ölkədaxili siyasi vəziyyətlə bağlıdır“



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016