2018-ci ilin yanvar-fevral aylarında Ukraynanın Baş Prokurorluğu korrupsiya faktlarında ittiham olunan 1682 məmuru saxlayıb
Bu barədə mətbuata Ukraynanın baş prokuroru Yuriy Luçenko məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə məmurların rüşvət alması faktı üzrə artıq 362 iş məhkəməyə göndərilib.
Baş prokuror qeyd edib ki, 2017-ci ildə korrupsiya faktına görə 9425 nəfər saxlanılıb, onlardan 1692-si həbs edilib.
Y.Luçenko bəyan edib ki, Baş Prokurorluq korrupsiya hallarına qarşı amansız mübarizəsini davam etdirəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...