Rusiya prezidenti Vladimir Putin Federal Şuraya müraciətində dünyada heç bir ölkədə olmayan yeni raket silahı hazırladıqlarını bəyan edib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, yeni silahın imkanlarını zaldakı plazma ekrandan nümayiş etdirib.
“2017-ci ilin sonunda Rusiya Federasiyasının mərkəzi poliqonunda nüvə enerjisi qurğusuna malik ən yeni qanadlı raketin uğurlu sınağı keçirildi. Uçuş zamanı nüvə enerjisi qurğusu nəzərdə tutulan gücə çataraq lazımi dartma gücünü təmin etdi. Raketin buraxılışı və yerdə kompleks sınaqlar prinsipial baxımdan yeni silah növünə keçməyə imkan verir: nüvə enerjisi qurğusu ilə təchiz edilmiş strateji nüvə silahı kompleksi… Dünyada belə bir şey yoxdur”, – deyə V. Putin vurğulayıb.
Rusiya dövlət başçısı heç kimi hədələmədiklərini və heç kimə hücum etməyə hazırlaşmadıqlarını söyləyib. O qeyd edib ki, yeni silah mövcud beynəlxalq razılaşmalara zidd deyil: “Yer planeti adlanan qayığı yırğalamağı dayandırmağın vaxtıdır. Biz ABŞ və Avropa ilə əməkdaşlıqda maraqlıyıq. Hətta mövqelərimiz üst-üstə düşməsə belə”.
MilliYol.Az
Digər xəbərlər
loading...