Bu gün Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib
Axşam.az xəbər verir ki, bu barədə "Report"a P.Abıyevanın vəkili Ceyhun Yusifov bildirib.
Onun sözlərinə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin iddia tələbi dəqiqləşdirilib.
Daha sonra hər iki tərəfin nümayəndəsi vəsatət qaldırıb. Onlar linqvistiq ekspertizanın keçirilməsini tələb ediblər.
Vəsatətlərə növbəti həftə baxılacaq.
Məhkəmə iclası martın 5-dək təxirə salınıb.
Qeyd edək ki, T.Əliyeva sosial şəbəkədə P.Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını “1000 manatlıq fahişə” adlandırıb.
P.Abıyeva isə instaqram səhifəsində T.Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.
Məhkəmədə T.Əliyevanın vəkili Adəm Məmmədov bildirib ki, aktrisa P.Abıyeva müvəkkili barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, ondan 100 min manat təzminat tələb edirlər: "Həmçinin, Pərvin Abıyevanın işlətdiyi sözləri qanunsuz hesab edirik və onun həmin sözləri təkzib etməsini istəyirik".
Daha sonra iclasda P.Abıyevanın vəkili Ceyhun Yusifov da çıxış edib. Müdafiəçi də müvəkkilinin şərəf və ləyaqətinin alçaldığını deyərək məhkəmədə 200 min manatlıq iddia qaldırdığını elan edib.
Məhkəmə hər iki iddianı icraata götürüb.
MilliYol.Az
Digər xəbərlər
loading...