Rusiya hökuməti Avropa İnsan Haqları Konvensiyasının denonsasiyası və Avropa İnsan Haqları Məhkəməsi ilə əməkdaşlığa son qoyulması imkanlarını öyrənir.
MilliYol.Az APA-ya istinadən xəbərinə görə, bu barədə “RİA Novosti”yə müvafiq dövlət idarələrindən məlumat verilib.
Söhbət ondan gedir ki, əgər AİHM-in “Rusiyanın maraqlarına qarşı” qərarları korrektə olunmasa, Rusiya Konvensiyadan çıxaraq məhkəmə ilə əməkdaşlığı dayandıra bilər. “Şikayətlərə baxılarkən Rusiya tərəfinin arqumentləri və əsasları diqqətə alınmır. Məhkəmə Rusiya hüquq sisteminin xüsusiyyətlərini və beynəlxalq hüquq normalarını nəzərə almır və çox vaxt ikili standart praktikasına əl atır”, – deyə müvafiq dövlət idarəsindən bildiriblər.
Agentliyin həmsöhbətləri qeyd ediblər ki, Rusiyanın AŞPA-da səs hüququndan məhrum edilməsi nəticəsində AİHM-in 20 hakimi Rusiya nümayəndələrinin iştirakı olmadan seçilib və onların çoxu Rusiya ilə əlaqəli işlərə baxır: “Bu hakimlərin seçilməsinin və onların qərarlarının legitimliyi məsələsi açıq qalır. Beləliklə, Rusiyanın dövlət orqanlarında Avropa İnsan Haqları Konvensiyasının denonsasiyası barədə qərarın qəbulu imkanı nəzərdən keçirilir. Bu isə Rusiyanın Avropa Şurasında üzvlüyünə son qoyulması deməkdir”.
MilliYol.Az
Digər xəbərlər
loading...