Sosial şəbəkələrdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun görüntüləndiyi videokadrlar yayılıb.
Görüntülərdə mərhum prezident Heydər Əliyevin tərəfdarlarının 12 aprel 1992-ci ildə Azərbaycan parlamentinin önündə keçirdiyi mitinqin iştirakçıları, onların səslənditdiyi şüarlar, qaldırdıqları transparantlar əks olunur.
H.Əliyevin tərəfdarları prezident seçkilərində 65 yaşını ötmüş şəxslərin iştirakını yasaqlayan konstitusiya maddəsinin ləğvini tələb edirlər. (Qeyd edək ki, bu yasaq o dönəmdəki prezident Ayaz Mütəllibovun iradəsi ilə, sırf Əliyevin hakimiyyətə qayıdışını əngəlləmək üçün konstitusiyaya əlavə olunmuşdu).
Mitinqin qızğın vaxtında, iştirakçıların şüar səsləndirdiyi bir vaxtda Hacıbala Abutalıbov lamera qarşısına keçir və mitinqin məram və məqsədini açıqlayaraq, qeyd edir ki, onların tələbləri yerinə yetirilməsə, hər gün saat 3-də parlamentin qarşısında mitinq keçirəcəklər.
Onu da qeyd edək ki, 24 il əvvəl baş tutan həmin mitinq Ayaz Mütəllibovun tərəfdarı olan Hacı Əbdülün başçılıq etdiyi qüvvələr tərəfindən dağıdılıb. (musavat.com)
"Milli Yol"
Digər xəbərlər
loading...