Müğənni Sibel Can ötən gün dünyasını dəyişən alzaymer xəstəsi olan nənənsini küçəyə atması iddialarına cavab verib
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi haqqında söylənilən iddiaları yalanlayıb. O, nənəsi və dayısının yaşadığı evi satmadığını bildirib:
“12 yaşımdan işləyirəm. Ailəm üçqn ömrümü verdim. Ev əşyalarıyla birlikdə necə varsa, elə də qalır. Nənəm 90 yaşında təkbaşına o evdə yaşaya bilməzdi. Ona xalam və gəlinləri baxırdı. Mən də maddi köməyimi edirdim. Bunu illərdir edirəm. Ailə olmaq bu deməkdir. Anam öldükdən sonra bütün evləri mənə və bacıma qaldı. Mən də öz payımı bacıma verdim. O nə istəsə, edə bilər. Amma nənəmin evi ilə bağlı yazılanlar əsla doğru deyil. Nənəmin evi hələ də öz yerindədir. O ev çox dəyərlidir. Çünki qazandığım pulla ilk aldığım ev oradır”.
Sibel nənəsinin dəfninə gələ bilməməsinini səbəbini isəİstanbulda olmaması ilə əlaqələndirib. O, sosial şəbəkədə anası ilə nənəsinin şəklini paylaşaraq “Məkanın cənnət olsun, nənə” yazıb.
MilliYol.Az
Digər xəbərlər
loading...