«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropada istifadəyə hazır taktiki nüvə silahının olması aqressiv mövqenin təzahürüdür
«Bir daha xatırladıram ki, Rusiyanın istifadəyə hazır taktiki nüvə silahı yoxdur və o, nüvə silahının istifadəsini məşq etmir. Rusiya belə silahlarını öz milli ərazisinin mərkəzi saxlama bazalarında yerləşdirib» – deyə, Lavrov bildirib.
Onun sözlərinə görə, bu şəraitdə ABŞ-ın Avropada istifadəyə hazır taktiki nüvə silahları, sadəcə «soyuq müharibə»nin xəstə qalığı yox, açıq-aşkar aqressiv siyasətdir.
«Nüvə silahının azaldılması prosesinə həm də ABŞ-ın qeyri-strateji nüvə silahnı Avropada saxlaması mane olur və «birgə nüvə missiyası» istiqamətində sabitliyi pozan praktikadır» – deyə, Lavrov bəyan edib.
Nazir qeyd edib ki, «nüvə silahının yayılmaması haqqında Müqavilənin pozulması olaraq, NATO-nun qeyri-nüvə üzvləri ABŞ-ın qeyri-strateji nüvə başlıqlarından istifadənin və bu zaman müvafiq vərdişlərin əldə olunmasının planlaşdırılması prosesində iştirak edirlər».
«Hamıya aydın olmalıdır ki, ABŞ bununla, Avropanın silahlı qüvvələrini Rusiyaya qarşı taktiki nüvə silahından istifadəyə hazırlayır».
Lavrov ümid etdiyini bildirib ki, Avropa vətəndaşları nəhayət, öz ərazilərində ABŞ-ın nüvə silahı yerləşdirməsinə qəti şəkildə «yox» deyə biləcəklər.
Digər xəbərlər
loading...