Prezident İlham Əliyev Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb
MilliYol.Az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Prezidentin növbəti sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları da martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Hər iki sərəncamdan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.
Digər xəbərlər
loading...