Son illər Azərbaycanda ən çox tənqid olunan şirkətlərdən biri olan "Azərbaycan Hava Yolları”yla (AZAL) bağlı sərnişinlərin şikayəti durmadan artır.
“Qafqazinfo” xəbər verir ki, qadın müştərilərdən biri "Facebook" hesabında şirkət işçisinin fəaliyyətindən narazılığını ifadə edib.
“AZAL şirkətinə məxsus Bakı-Naxçıvan təyyarəsi dünən üçüncü reys üçün 9 saat, daha iki reys üçün 7 ve 5 saat gecikdi. Yaxınlaşıb səbəbini soruşanda şirkətin tərbiyəsiz işçisi cavab verir: “Xoşun gəlmir, Türk Hava Yolları ilə İstanbuldan uç”.
Şikayət etmək istəyəndə cavab verir: “Siz Azal rəhbərliyinə heç nə deyə bilmərsiniz. Əla şirkətdir, rəhbərlik isə sizə görə yuxusundan olmamalıdır”.
Şikayət etdiyimə görə məni təhlükəli şəxs adlandırdılar, xüsusi yoxladılar. Təhlükəsizlik xidmətinin rəhbəri isə dedi ki, mənim onlara söz deməyə ixtiyarım yoxdur.
Bir ölkədə əsas hava nəqliyyatı şirkəti işçilərini "Məmmədin qohumu" prinsipi ilə işə götürəndə ona söz də deyə bilmir.
AZAL-ın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Paşa bəy isə bütün suallara cavab olaraq hamını sayta yönəldir”.ğ
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...