ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert keçən şənbə BMT TŞ-nın Suriya ilə bağlı qəbul etdiyi “humanitar yardımların çatdırılması üçün 30 günlük atəşkəs” qərarının bütün Suriya ərazisini əhatə etdiyini və Türkiyənin “atəşkəs qərarını yenidən oxumalı” olduğunu deyib
Avropa.info xəbər verir ki, Noyertin açıqlamasına Türkiyə XİN-dən cavab gəlib. XİN-nin yaydığı bəyanatda Afrində aparılan “Zeytun budağı” əməliyyatının özünümüdafiə hüquq olduğu, ABŞ-ın isə terrorçulara dəstək verən açıqlamalar verməməsi məsləhət görülüb.
XİN mətbuat katibi Hami Aksiya Dövlət Departamentinin açıqlamasının əsassız olduğunu, qərarın hədəf nöqtəsini anlamadığını və hədəfdən yayındırmağa çalışdığını bildirib. O, BMT qərarında Afrinin nəzərdə tutulmadığını deyib:
“Qətnamədə Şərqi Quta başda olmaqla Suriyada pisləşən humanitar vəziyyət qarşısında, təcili humanitar yardım əldə etməyə və tibbi yönlü təxliyəyə şərait yaradılması məqsədilə münaqişələrin gecikdirilmədən dayandırılması və ən az 30 gün müddətində humanitar atəşkəs elan edilməsi tələb olunur”.
MilliYol.Az
Digər xəbərlər
loading...