Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra başlanılan "təmizləmə prosesi" davam edir. Artıq əməliyyatlar Türkiyə Futbol Federasiyasına da sıçrayıb.
MilliYol.Az xəbər verir ki, bu gün federasiyanın bütün komitələri istefa verib. Bu barədə TFF rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, istefaya səbəb Fetuhllahçı Terror Təşkilatına (FETÖ - Fetullahcı Terror Örgütü) qarşı başlanmış olan əməliyyatların daha obyektiv aparılmasına dəstək olmaqdı.
Qərara əsasən bütün komitələrin sədrləri və üzvləri istefa ərizələrini TFF rəhbərliyinə təqdim edib.
Bu arada hüquq-mühafizə orqanları federasiya rəsmiləri, millinin baş məşqçisi Fatih Terim və komandası başda olmaqla qurumun bütün komitə üzvləri ilə bağlı araşdırmalara başlayıb.
Hüquq-mühafizə orqanları araşdırmalar nəticəsində Fetuhllahçı Terror Təşkilatına (FETÖ - Fetullahcı Terror Örgütü) bağlılığı olan şəxsləri müəyyənləşdirməyə çalışır.
MilliYol.Az
Digər xəbərlər
loading...