“Aprel şəhidi, Zərdab sakini Nurlan Abdullazadənin valideynləridir. Övladlarının məzarını öz hesablarına düzəldib şəklini və Azərbaycan bayrağını asıblar ki, təsəlli tapsınlar”. Bunu tanınmış jurnalist Qadir İbrahimli öz “Facebook” səhifəsində yazdıb.
Onun yazdığına görə, ancaq icra başçısı Lütvəli Babayev Zərdab polisinə göstəriş verib ki, şəkli və bayrağı oradan yığışdırsınlar.
“İyul ayının 28-də Zərdab RİH-nin başçısı Lütvəli Babayevin göstərişi ilə bu ilin 6 aprel tarixində cəbhədə gedən döyüşlərdə şəhid olmuş Nurlan Abdullazadənin ailəsinə qarşı hörmətsizlik olunub”. Bunu isə İstiqlal.az Dunyamedia.com-a istinadən yayıb. Saytın yazdığına görə, bu haqda şəhidin atası Rasim Abdullayev məlumat verərək bildirib ki, icra başçısının göstərişi ilə təqaüddə olan və İcra Hakimiyyətində müqavilə əsasında şöbə müdiri vəzifəsində işləyən İsrafil Həmidov və polis idarəsinin bir neçə əməkdaşı tərəfindən Zərdab rayon Dəkkə kəndində 6 aprel tarixində şəhid olan Nurlan Abdullazadənin qəbrinə hücum olunub. Şəhidin valideynləri də oraya çağırılıb. Atasının qəbirin yanında öz hesabına düzəltdirdiyi dövlət bayrağı dirəkdən endirilib. Bayrağı sökən icra hakimiyyəti əməkdaşları onu şəhid atası Rasim Abdullayevin üstünə ataraq “bunu buradan götür” deyə hörmətsizlik edib və buraya bir daha bayraq asılmamasını tapşırıblar. Şəhid atası Rasim Abdullayev isə məsələyə öz etirazını bildirərək oğlunun vətən və bu bayrağın dalğalanması üçün şəhid olduğunu, həmçinin özünün və yoldaşının bu bayraqdan təsəlli aldığını bildirib.
Hadisədən bir gün sonra rayon əlillər cəmiyyətinin sədri Neman Yediyarov və rayon polis idarəsinin rəis müavini ilə şəhid ailəsinin yaşadığı ünvana yollanıb. Şəhidin evinə gələn şəxslər burada Nurlan Abdullazadənin valideynlərinə qəbirstanlıqdakı bayrağı bir daha oraya asmamaları və girişdə quraşdırdıqları Nurlanın şəklini əks etdirən plakatı sökmələri üçün onlara təzyiqlər ediblər.
Nurlanın valideynləri bütün bunların dövlət başçısı İlham Əliyevin şəhid ailələrinə qayğı göstərilməsi yönündəki tapşırıqlarını heçə sayan İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin tapşırığı əsasında həyata keçirildiyini deyiblər. Rasim Abdullayev və onun həyat yoldaşı bu təzyiqlərin davam edəcəyi və bayrağın yerinə qaytarılmayacağı təqdirdə özlərini yandıracaqlarını bildiriblər. R. Abdullayev bu hörmətsizliyin sona çatması üçün ölkə başçısına da müraciət edərək ondan məsələyə diqqət ayırmasını istəyib. (Gununsesi.info)
MilliYol.Az
Digər xəbərlər
loading...