Bakı Nəqliyyat Agentliyi bu il ərzində 700-dən çox nəqliyyat vasitəsini kart sisteminə keçirməyi nəzərdə tutur
Trend -in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin direktorunun müşaviri Mübariz Abbasov deyib.
Onun sözlərinə görə, nağdsız ödəniş sistemi nəqliyyat sistemində şəffaflığı təmin edir:"Bu sistem sürücü məsuliyyətini artırır. Sürücü artıq sovet dövründən qalma "plan vermə" sistemi ilə işləmir".
M.Abbasov bildirib ki, Bakı Nəqliyyat Agentliyi fəaliyyəti dövründə 50-dən çox yeni nəqliyyat vasitəsi gətirib.
Direktor müşaviri əlavə edib , dövlət tərəfindən 300-350 nəqliyyat vasitəsinin gətirilməsi planlaşdırılır.
MilliYol.Az
Digər xəbərlər
loading...