"Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında müqaviləsiz işçi çalışdıran şirkətlər, hüquqi və fiziki şəxslərlə bağlı 17 material Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 18 material isə Baş Prokurorluğa göndərilib"
APA-nın xəbərinə görə, bunu "Tikinti sahəsində əmək münasibətləri" mövzusunda keçirilən təqdimatda "ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov bildirib. Onun sözlərinə görə, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədi ilə 2017-ci ilin sentyabrından bu günə kimi tikilməkdə olan çoxmənzilli yaşayış binalarında 43 səyyar monitorinq keçirib.
F. Cəfərov qeyd edib ki, son zamanlar əmək müqavilələrinin imzalanmasında müsbət dinamika müşahidə edilir: "10 ayda Bakıda çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən 33 min müqavilə imzalanaraq əmək müqavilələrinin elektron bildiriş sistemində qeydiyyata alınıb".
MilliYol.Az
Digər xəbərlər
loading...