Rəsmi Ankara YPG terror təşkilatının sabiq lideri Salih Müslümün azad edilməsinə görə Çexiyaya etiraz edib
AzVision.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ Çexiya məhkəməsinin qərarının hüquqa zidd olduğu deyib. O, bildirib ki, terror liderinin azad edilməsi Türkiyə-Çexiya münasibətlərinə təsir göstərəcək.
“Bu qərar terror təşkilatına dəstəkdir. Əlbəttə, bu, Çexiya ilə münasibətlərimizə təsir edəcək. Salih Müslüm bir çox insanın, o cümlədən vətəndaşlarımızın qətlində əli olan terrorçudur. Bu, səhv qərardır və siyasi motivlər daşıyır, biz onu yolverilməz hesab edirik”, - deyə Bozdağ jurnalistlərə bildirib.
Qeyd edək ki, beynəlxalq axtarışa verilən YPG-nin keçmiş lideri S.Müslüm Çexiyanın paytaxtı Praqada saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.
Digər xəbərlər
loading...