“Xaricdəki Azərbaycan diplomatlarının diasporun dəstəyinə ehtiyacı var”
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən növbədənkənar qurultayında bildirib.
Səfir deyib ki, diplomatların fəaliyyətində nəticələrin əldə edilməsində diasporun rolu güclü olmalıdır: “Mən xüsusilə Avropadakı diasporumuzu bu məsələdə fəal olmağa çağırıram. Avropa Parlamentində erməni diplomatları deyil, diaspor nümayəndələri danışıqlar aparır. Bu səbəbdən diasporumuz üçün yerli deputatlarla əlaqələrin gücləndirilməsi proirotet məsələ olmalıdır. Azərbaycanın Avropadakı real fəaliyyətini genişləndirməliyik. Bu gün Avropanın bir neçə ölkəsində Azərbaycan həqiqətləri ilə bağlı abidə var, bu, təbii ki, diasporun uğrudur, amma əlaqələrin genişləndirilməsində daha fəal olmalıyıq. Mən açıq deyə bilərəm ki, ermənilərlə mübarizənin dipolmatik, hərbi və eyni zamanda diaspor cəbhəsi var. Diasporun qarşısında ciddi vəzifələr durur”.
Digər xəbərlər
loading...