Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkənin sığorta şirkətləri ilə Əməyin Mühafizəsi Fondunun yaradılması barədə danışıqları davam etdirir
Bunu Trend-ə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazirin sözlərinə görə, bu Fondun yaradılması Əmək Məcəlləsi ilə nəzərdə tutulub və onun yaradılması Azərbaycanda əməyin mühafizəsi sahəsini təkmilləşdirməyə kömək edəcək:
“Bu gün Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta haqqında qanun mövcuddur. Amma bu qanuna görə, sığorta dövlət tərəfindən yox, bu sahədə lisenziyaya sahib olan sığorta şirkətləri tərəfindən həyata keçirilir”.
S.Müslümov qeyd edib ki, sığorta təşkilatları Əməyin Mühafizəsi Fondunun yaradılmasında fəal iştirak etməlidir:
“Bu, sığorta şirkətlərinə fondun işində iştirak etməyə və daxilolmalara nəzarət etməyə imkan verəcək. Mən həm də hesab edirəm ki, sığorta şirkətlərinin gəlirlərinin bir hissəsi bu Fonda yönəldilməlidir”.
Digər xəbərlər
loading...