Xarici İşlər Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"ə dəyişikliklər edilməsi barədə qərar verib
Reqlamentə əsasən Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən bu elektron xidmət Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir.
Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə, müraciət olunduğu gündən ən geci 15 gün keçənədək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycanda yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci 2 iş günü ərzində baxılır. Tranzit vizaları və birdəfəlik giriş vizaları üçün 20 dollar, çoxdəfəlik giriş vizaları üçün 350 dollar məbləğində dövlət rüsumu ödənilir. Ödəmə üsulları bank, poçt, plastik kart, internet, elektron ödəmə sistemləridir.
İndiyə qədər elektron qaydada viza verilməsi ilə bağlı bu elektron xidmətin digər icraçıları olmayıb. Dəyişikliyə əsasən Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti bu elektron xidmətin digər icraçıları sırasına daxil edilib. Eyni zamanda Elektron xidmətin təqdim olunma yeri də dəyişib. Xarici İşlər Nazirliyi artıq elektron xidməti "evisa.mfa.gov.az" deyil, "eapplication.mfa.gov.az" elektron ünvanında təqdim edəcək.
Qərar bu gündən - fevralın 27-dən qüvvəyə minir.(apa)
Digər xəbərlər
loading...