Özbəkistan və Tacikistan prezidentləri Şövkət Mirziyoyev və Rəhmon Nəbiyev
Viktoriya Panfilova
Nezavisimaya gazeta, 26.02.2018
Martın əvvəlində Özbəkistan prezidenti Şövkət Mirziyoyevin Tacikistana dövlət səfəri baş tutacaq. Ekspertlər iki ölkə prezidentinin qarşıdakı danışıqlarını artıq indidən irəliləyiş adlandırırlar. Gözlənilir ki, Daşkənd və Düşənbə viza rejimindən imtina edəcək, əlavə avia- və dəmiryollarının açılışı, habelə yeni nəzarət-buraxılış və sərhəd postlarının qurulması haqda anlaşacaqlar. Daşkənd ixracatqabağı maliyyələşmə çərçivəsində Tacikistana 100 milyon dollar ayırmağa hazırdır.
Daşkənd bu gün öz mallarının ixracatında xüsusən maraqlıdır. Orta və Mərkəzi Asiyanın ənənəvi mədəniyyətlər mərkəzinin geomədəniyyət və geoiqtisadiyyat üzrə direktor müavini Bəxtiyar Ərgaşov “NG”-yə deyib: “Özbəkistan, ən azı, 60-70 milyon əhalilik bazara yönəlik sənaye siyasəti gerçəkləşdirir. Bu, hökumətin bütün gücünün yönəldiyi baş istiqamətdir. Özbəkistanda sürətləndirilən sənaye inkişafı sistemi qurulur. Son zamanlar respublikada 14 azad iqtisadi zona (AİZ) yaradılıb. Orada istehsal edilən məhsul ixrac olunmalıdır. Birinci növbədə bölgə ölkələrinin bazarları satış istiqaməti kimi nəzərdən keçirilir. İxracata yönələn Özbəkistanın iqtisadi tələbatları xarici siyasətdə kəskin dəyişikliklər zərurətini diktə edir”.
Daşkənd bu hədəfə yetmək üçün hətta Düşənbəyə ixracatqabağı maliyyələşmə çərçivəsində 100 milyon dollar ayırmağa hazırdır. Özbəkistan Bişkekə bənzər məbləği artıq təqdim edib. Özbəkistan bankları Tacikistan və Qırğızıstan ixracatçılarına ona görə pul verir ki, onlar Özbəkistan məhsullarını alsınlar.
Ərgaşov qeyd edib: “Özbəkistan belə ixracatqabağı maliyyələşmə üsullarından əvvəllər heç vaxt istifadə etməyib. Bu, Özbəkistanın ixracat yönlü inkişafı çərçivəsində məntiqli addımdır. Bu ideyanı davam etdirsək, onda, fikrimcə, növbəti məntiqli addım ixracat-idxalat bankı – Özbəkistan Eksimbankının yaradılmasıdır. Düşünürəm ki, məhz yüksək əlavə dəyər vergili mallar ixracatının dayanıqlı artımını bunsuz təmin etmək çətin olacaq. İxracatın inkişafına yönəlmiş istənilən ölkədə, məsələn, Çində belə bank var”.
Özbəkistanda hakimiyyət dəyişiləndən sonra Mərkəzi Asiyada Daşkəndin təşəbbüsüylə münasibətlərin transformasiyası prosesi başlanıb. O, bölgə ölkələriylə əməkdaşlığın yoluna qoyulması və “xoş qonşuluq qurşağı” yaratmaqda maraqlıdır. Özbəksitan prezidentinin ilk səfərləri Türkmənistan və Qazaxıstana, bir az sonra Qırğızıstana etməsi təsadüfi deyil. Növbədə Tacikistandır.
Daşkənd və Düşənbənin qəliz münasibətləri Tacikistanda nəhəng Roqun SES-in inşası üzündən tam korlanıb. Özbəkistanın ilk prezidenti İslam Kərimov bu layihəyə qarşı çıxaraq onun gerçəkləşməsinin bölgə üçün ekoloji fəlakətə dönəcəyini hesab edirdi. Özbəkistan ifrat tədbirlərə cəsarət edib və SES-ə inşaat materialları və avadanlıq tədarükünə mane olmaqdan yana 2012-də hətta Tacikistanı Rusiya ilə birləşdirən tranzit dəmiryolunun relslərini söküb. Özbəkistan hökuməti o zaman öz hərəkətini dəmiryol körpüsünün çökməsi və Qələbə-Amuzəng sahəsində yolun dağılmasıyla izah etmişdi. Özbəkistan tərəfi bu gün Miziyoyevin Düşənbə səfəri ərəfəsində dəmiryolunu yenidən inşa etməyi vəd edib. Ekspertlər özbək liderin səfərində Daşkəndin Tacikistanla praqmatik əməkdaşlığa hazır olduğunu görürlər. Bəxtiyar Ərgaşov deyib: “Özbəkistan indiki mərhələdə diplomatik etiketlə şərq hazırlıqlığına etinasızlıq edə bilər – bölgənin heç də axırda olmayan ölkəsinin prezidenti iqtisadi və siyasi baxımdan daha zəif ölkələrə – Qırğızıstan və Tacikistana – gedir. Bu ona siqnaldır ki, Daşkəndin bölgə siyasətində qarşısına qoyduğu böyük məqsədlər şərtiliklərdən xeyli önəmlidir və o bunalrı qurban verməyə hazırdır”.
Almaniyadan müstəqil iqtisadçı Bəhruz Himo hesab edir ki, Özbəkistan prezidentinin təşəbbüslərinin nəticə gətirməsi üçün bu gün Düşənbənin üzərinə ağır məsuliyyət yükü düşür. Bəhruz Himo “NG”-yə deyib: “Yol verməmək gərəkdir ki, sərhədlərin açılması nəticəsində Özbəkistanın güvənliyi pisləşsin. Miziyoyev islahatlarının əleyhdarları bundan mütləq faydalanacaqlar, bir də onun özü də Tacikistana münasibətdə “sınanmış tədbirlər”ə qayıda bilər”.
Ekspert hesab edir – bundan savayı, Düşənbənin Roqun SES-in inşasındakı uğurların KİV-lərdə gərəksiz piarından, hətta bunu Daşkənd üzərində qələbə kimi təqdim etməkdən çəkinməsi lazımdır. Əksinə, Tacikistanın sübut etməyi gərəkdir ki, Özbəkistan Roqun SES-in inşasından nəinki ziyan çəkəcək, hətta udacaq.
Himo qeyd edib: “Gözlənilən praktik nəticələrə gəlincə, bu, birinci növbədə, mal, xidmət və əhalinin sərbəst yerdəyişməsidir. İki ölkənin qarşılıqlı fəaliyyətində ən sərfəli sahə energetikadır. Tacikistan Özbəkistanı Tacikistan su-elektrik stansiyalarında hasil edilən önəmli həcmdə elektrik enerjisiylə təmin edə bilər ki, bu da Özbəkistana möhkəm valyuta əvəzində təbii qaz ixracatını artırmaq və elektrik enerjisi kəsirini bağlamaq imkanı verər”.
Onun fikrincə, Özbəkistan öz növbəsində Tacikistan geniş çeşiddə istehlak malları və avtosənaye məhsulları ixrac edə bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...