Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçiriləcək iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxacaq
APA-nın məlumatına görə, məsələ MSK-nın bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib. YAP fevralın 22-də İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını MSK-ya təqdim edib.
MilliYol.Az
Digər xəbərlər
loading...