Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvləri üçün Nərimanov rayonunda tikilən çoxmərtəbəli binada mənzil vədi ilə 177 nəfəri aldadanların və onların miyonlarla manat pulunu mənimsəyənlərin işi üzrə sensasion məhkəmə prosesi başlayıb
Müttəhimlər kürsüsündə dayananlar cəmiyyətinin sədri Səmyar Abdullayev, cəmiyyətin əməkdaşı Hikmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşı Yoməddin Şıxəliyevdir. S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir. Dəyən zərərin məbləği isə 12 milyon manatdan çoxdur.
Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 196 ünvanda gözdən əlillər üçün tikilən bina 2015-ci ilin dekabrın 24-də istifadəyə verilib, prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi də keçirilib. Və aralarında İcra Hakimiyyətinin məsul şəxsi olmaqla dələduzlara milyonlarla manat verib binadan mənzil gözləyənlərə məlum olub ki, dövlət hesabına tikilən binada mənzilləri satmaq və ya bağışlamaq olmaz. Özlərini “gözdən əlil” kimi tanıdıb ucuz mənzil əldə etmək naminə Gözdən Əlillər Cəmiyyətinə üzv olanlar isə yalnız bundan sonra aldadıldıqlarını başa düşüblər.
Virtualaz.org saytının redaksiyasına müraciət edən zərərçəkmişlər deyirlər ki, dələduz şəbəkəsinin əsas üzvləri Almaniyaya qaçıb. Onları aldadaraq pullarını mənimsəyən "makler" Məzahir Nəsirov da Almaniyadadır. Nəsirov cəmiyyət sədri və icra hakimiyyəti arasında vasitəçi olub, pulu da onun vasitəsilə veriblər. İnterpol tərəfindən axtarışa verilsə də, onun Almaniyadan gətirərək cinayət məsuliyyətinə cəlb olunması yubadılır.
“Məzahir mənə dedi ki, gözdən əlillər üçün tikilən binada aztəminatlı ailələr üçün mənzillər nəzərdə tutulub. Bunun üçün əlillərin yataqxanasında qeydiyyata düşmək və cəmiyyətə üzv yazılmaq lazımdır. 2012-ci ildə pul verib yataqxanada qeydiyyata düşdüm”, -zərərçəkmişlərdən Fariz Qəribov bildirib.
Zərərçəkənlərin şikayəti Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. İttiham üzrə ifadə verən cəmiyyət sədri S.Abdullayev yalnız 18 nəfərin yataqxanada qeydiyyata götürüldüyünü təsdiqləyib. Digərlərinə verilən arayış isə saxta olub.
Zərərçəkənlər deyirlər ki, onlara Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmələri ilə bağlı sərəncam da verilib, məhz buna görə də Nəsirova inanıblar.
“Məzahir mənə dedi ki, bina hazır olandan sonra püşkatma keçiriləcək. Hətta ev almaq istəyən qohumlarına da kömək edəcəyini dedi. Sərəncamdan sonra inandım, 8 nəfər yaxın qohumunu da onunla görüşdürdüm. Ümumilikdə Nəsirova 270 min manat vermişik”, - F.Qəribov deyir.
Digər zərərçəkmiş Hicran Mehdiyeva da eyni üsulla aldadılıb...
Sərəncamda ev növbəsinə götürülmə icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciəti şöbəsinə həvalə edilib. Hansı ki, həmin şöbəsinin əməkdaşı Yomətdin Şixəliyev hazıda dələduz kimi məhkəmə qarşısına çıxardılıb.
Şikayətçilərin sözlərinə görə, Məzahir Nəsirovun villası satılıb, 18 nəfərə 750.500 manat zərər ödəyib.
◀▶
“Necə ola bilər ki, indiyədək Nəsirov Almaniyadan gətirilmir, onun haqqında saxlanılma qərarı var. Görünür Nəsirovu himayə edənlər var”, -zərərçəkmişlər söyləyiblər.
Təqsirləndirilən Səmyar Abdullayev və onun yaxın adamı kimi tanınan Hikmət Şükürova Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddəsi ilə ittiham irəli sürülüb, barələrində “polisin nəzarəti altında vermə” qətiimkan tədbiri seçilib. Cinayət işində göstərilir ki, cəmiyyət sədri Səmyar Abdullayevin 532 min 701 manat, cəmiyyətin əməkdaşı Hikmət Şükürov 6 milyon 518 min 383 manat, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşı Yoməddin Şixəliyevin 6 milyon 520. 883 manat ziyan vurduğu təsdiqlənib. Işə Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılır. Bu gün fevralın 26-da iş üzrə hazırlıq iclası keçirilməsi gözlənilirdi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...