Ermənistan ordusunun Türkiyə ilə sərhəd istiqamətində, İrəvandan 50 kilometr məsafədəki hərbi hissələrindən birində 22 yaşlı əsgər Mkrtıç Ohanyan zabiti və daha beş hərbçini güllələyib öldürür
Ohanyanın atdığı güllələrdən daha iki əsgər yaralanır, onun özü isə zabitin tapançasını götürüb hərbi hissədən qaçır...
Virtualaz.org xəbər verir ki, bu əhvalat düz 20 il əvvəl-1988-ci ilin fevralında baş verib. Əhvalatı xatırladan isə “Sputnik Armenia” agentliyinin rəhbəri Dmitri Pisarenkodur. Pisarenko həmin dövrdə NTV-nin İrəvandakı xüsusi müxbiri olub, indi o vaxtaşırı olaraq NTV ilə birlikdə “Zaman maşını” layihəsi çərçivəsində özünün arxiv reportajlarını yayır.
Xidmət yoldaşlarını güllələdikdən sonra əsgər Ohanyan yaxın kəndlərdən birinə gedir, orada sakinləri silahla hədələyərək özünə mülki paltar götürür və bəzi məlumatlara görə Türkiyəyə keçməyə çalışır. Digər versiyaya görə isə Ohanyan valideyinlərinin yaşadığı Rusiyaya qaçmaq istəyirdi.
Silahlı dezertirə görə Yerevanın bütün yollarında postlar qoyulur, aeroporta giriş nəzarətə götürülür, hərbi polis bütün nəqliyyat vasitələrini yoxlayır. O vaxtkı müdafiə naziri, Qarabağ müharibəsində öz qəddarlığı ilə tanınmış qaniçən Vazgen Sərkisyan mətbuat konfransı keçirib hadisəni “Ermənistan ordusu tarixində ən dəhşətli faciə” adlandırır.
Bir sutkadan sonra hərbi patrul Ohanyanın izinə düşür və o, çıxılmaz vəziyyətdə qaldığını başa düşərək İrəvanın mərkəzi meydanına qaçaraq tapança ilə başından atəş açaraq intihar edir...
MilliYol.Az
Digər xəbərlər
loading...