“Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını məcburi tərk edib”
“Report”un xəbərinə görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.
O bildirib ki, dünyada gün ərzində 34 min insan öz yurd-yuvasından qaçqın düşür.
Furio de Angelis vurğulayıb ki, insanların yurd-yuvasını tərk etməsinə əsas səbəb müharibə və münaqişələrdir: “Elə yerlər var ki, 30 ildən çoxdur orada münaqişə davam edir. BMT bu məsələdə həssasdır və səmərəli sığınacaq məsələsinə önəm verir. BMT-nin Qaçqınlar üzrə Komissarlığı bununla bağlı layihələr həyata keçirir”.
Onun sözlərinə görə, hakimlər bu məsələyə həssaslıqla yanaşmalıdırlar.
MilliYol.Az
Digər xəbərlər
loading...