ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin həlak olduğu barədə 100 faizli dəlil-sübuta malik deyil
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə beynəlxalq koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon bildirib.
“Əl-Bağdadinin öldüyünə dair 100 faizlik sübutlarımız olmadığı üçün biz onun sağ olduğunu düşünürük. Odur ki, bundan sonra da onu axtarmağa davam edəcəyik”, - deyə Dillon fevralın 26-da telefon vasitəsi ilə keçirilən brifinqdə qeyd edib. Onun sözlərinə görə, operativ qrup həm əl-Bağdadinin, həm də İŞİD qruplaşmasının digər üzvlərinin axtarışını davam etdirir.
Xatırladaq ki, əvvəllər İŞİD terror qruplaşması başçısının öldürüldüyünə dair dəfələrlə məlumat yayılsa da, onların heç biri öz təsdiqini tapmamışdı.
Digər xəbərlər
loading...