Rusiya Ali Məhkəməsi qətldə və hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsddə günahkar bilinən azərbaycanlı barəsində Orsk vilayət məhkəməsinin çıxardığı ömürlük azadlıq məhrumetmə hökmünü qüvvədə saxlayıb
Virtualaz.org yerli KİV-ə istinadən xatırladır ki, 2016-cı il, noyabrın 2-də 33 yaşlı azərbaycanlı Rauf Qardaşov mübahisə zəminində əvvəllər bir mənzildə yaşadığı qadına 20-ə yaxın bıçaq zərbəsi endirib.
Aldığı yaralardan qadın hadisə yerində keçinib.
Ardınca isə cinayətkar qadının 2012-ci il təvəllüdlü qızını doğrayıb. Saxlanılarkən cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşlarına sərt müqavimət göstərib, hətta onlardan birinin qarın nahiyəsinə bıçaq xəsarəti yetirməyə çalışıb.
Azərbaycanlı “iki nəfərin, o cümlədən azyaşlının xüsusi amansızlıqla qəsdən qətlə yetirilməsi və qanuni vəzifəsini yerinə yetirən hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd” ittihamları üzrə təqsirli bilinib.
Məhkəmə onu ömürlük azadlıqdan məhrum edib. Hökmə əsasən? qatil cəzasını Orskın xüsusi rejimli islah müəssisəsində çəkəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...