Bu gün Türkiyə prezidenti Ərdoğanla Fransa prezidenti Makron arasında telefon danışığı olub
MilliYol.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ölkə başçısı əsasən Suriya böhranı və ikitərəfli münasibətləri müzakirə ediblər.
Ərdoğan Afrin əməliyyatına toxunaraq qeyd edib ki, ərazi terrorçulardan təmizləndikdən sonra Türkiyədə olan 350 min afrinli qaçqın geri qaytarılacaq.
Türk lider deyib ki, əməliyyatda mülki əhaliyə zərər dəyməməsi üçün bütün tədbirlər alınıb.
Hər iki lider ötən gün BMT-nin Suriya ilə bağlı qəbul etdiyi 30 günlük atəşkəs qərarına əməl olunması üçün birgə cəhdlər göstərilməsi məsələsində də ortaq fikirdə olduqlarını bəyan ediblər: "Hər iki prezident Şərqi Quta başda olmaqla, mülkİ əhalinin son dərəcə ağır durumda olduğu ərazilərdə atəşkəsin həyata keçirilməsinin vacibliyini önə çəkiblər. Bununla belə, Suriya böhranı, o cümlədən Yunanıstanla yaşanan gərginlik, həmçinin iqtisadi münasibətlər də telefon danışığında müzakirə edilib".
MilliYol.Az
Digər xəbərlər
loading...