Afrində kürdlərdən ibarət “Kürd şahinləri” hərbi birləşməsi Türkiyə əsgərlərinə qoşulacaq
APA TV-nin məlumatına görə, birlik Azad Suriya Ordusuna (ASO) daxil “Həmzə briqadası” tərəfindən yaradılıb. Döyüşçülərin 400-ü kürd, 200-ü ərəbdir. Qruplaşmaya Türkiyə Xüsusi Təyinatlıları təlim keçib. Birlik “Zeytun budağı” hərəkatında PYD/YPG terror təşkilatlarına qarşı döyüşəcək.
“Kürd şahinləri”nin Afrin şəhərinin mühasirəsində və yaşayış yerlərində gedən döyüşlərdə iştirakı gözlənilir.
Birləşmənin rəhbəri Həsən Abdullah Kulli hərbçilər qarşısında çıxış edib: “Biz Aziz bölgəsinin kürdləriyik. Biz “Həmzə” briqadasının hərbçiləriyik. İnşallah Afrinə çatacağıq. Afrində xalqımızı PKK zülmündən xilas edəcəyik”.
MilliYol.Az
Digər xəbərlər
loading...