İnsan bədəninə yerləşdirilən süni hissələr, insan qanı, terapevtik, profilaktiki və ya diaqnostik məqsədlərlə istifadə üçün hazırlanmış heyvan qanı yüksək texnologiyalar məhsullarının təsnifatına daxil edilib
Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının qərarı ilə təsdiqlənən və fevralın 24-dən qüvvədə olan “AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı”nda əksini tapıb.
Orqanoterapiya üçün nəzərdə tutulan qurudulmuş, xırdalanıb toz halına salınmış və ya salınmamış vəzlər və digər orqanlar, orqanoterapiya üçün nəzərdə tutulan vəzlərin və ya digər orqanların və ya onların sekretlərinin ekstratları, digər qruplara daxil edilməyən, terapiya və ya profilaktika üçün nəzərdə tutulmuş digər insan və heyvan mənşəli maddələr də yüksək texnologiyalar məhsulları sırasına daxil edilib.
Qeyd edək ki, kosmik avadanlıqlar, ofis avadanlıqları və kompüterlər, elektronika – telekommunikasiya, elmi alətlər, elektrik avadanlıqları, kimya məhsulları və hərbi avadanlıqlar Beynəlxalq Standart Ticarət Təsnifatı əsasında yüksək texnologiyalar məhsullarının qruplar üzrə bölgüsünə daxil edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...