Müğənni Elnarə Xəlilova “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnı təqdim edib
Axşam.az xəbər verir ki, mahnı ingilis və Azərbaycan dillərindədir. Bəstənin sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjimanı Emil Həşimova aiddir.
Sənətçi mahnının İngilis dilində olmasına da aydınlıq gətirib:
“Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım”.
Layihənin rəhbəri Elnarə Xəlilova, təşkilatçıları Rövşən Cahangirov və Yaqub Cavadovdur. Video-klip üzərində Ramin Mirzəyev və Seymur Əlibəyov çalışıb.
MilliYol.Az
Digər xəbərlər
loading...