İranda casusluq ittihamı ilə ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən 3 nəfər saxlanılıb
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Möhsini Ejeyi deyib. O bildirib ki, 3 nəfər ölkənin cənubunda Hormuzqan vilayətində yaxalanıb.
“Bu işlə bağlı bir neçə nəfər ittiham olunur, lakin onların arasında əcnəbi vətəndaş yoxdur. Son günlər Hormozqanda 3 nəfər saxlanılıb. Birləşmiş Ştatlar və İsrailin ölkəyə nüfuz etməyə çalışması ciddi məsələdir”, – deyə sözçü bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...