Fevralın 26-da saat 21:00-da AZTV dövlət televiziya kanalında Litva istehsalı olan "Endless Corridor" ("Sonsuz dəhliz") adlı sənədli filmin Azərbaycan versiyası nümayiş olunacaq
Bu sənədli araşdırma Xocalı faciəsinin bilavasitə iştirakçılarının - Xocalı sakinlərinin, həmin hadisələri araşdıran jurnalistlərin və döyüş əməliyyatlarının birbaşa iştirakçılarının - erməni separatçılarının nümunəsində hadisələrin səbəblərinə və təfsilatına həsr olunub.
Filmdə dərin təhlil aparılıb, kütləvi qətlləri məhz kimin törətdiyi barədə şübhələri yox edən faktlar və şahid ifadələri təqdim edilib.
Filmdə həmçinin ermənilər və azərbaycanlılar arasında düşmənçiliyin kökünə və bunda xarici qüvvələrin roluna nəzər salınır.
Filmin ingilis dilində olan versiyası beynəlxalq festivallarda çoxsaylı mükafatlar qazanıb. Filmdə kadrarxası mətni məşhur Britaniyalı aktyor, Oskar sahibi Ceremi Ayrons oxuyur.
Azərbaycan dilində olan versiyada mətni Azərbaycanın xalq artisti Rafiq Hüseynov oxuyur (film məşhur artistin son əsəri oldu).
Filmin rejissoru və prodüsseri Litvalı sənədli filmlər müəllifi Aleksandr (Andryus) Brokasdır.
Filmin çəkilişləri zamanı Turan agentliyinin arxivlərindən istifadə olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...