Bu gün səhər saatlarında Salyan şəhərində Akkuşa çayının sahilindəki baxımsız yarımtikilidə kişi meyiti aşkar olunub
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin iki gün əvvəl evdən çıxaraq geri qayıtmayan Arbatan kənd sakini 32 yaşlı Elməddin İsrail oğlu Qəniyev olduğunu müəyyən ediblər.
İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb. Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...