ABŞ-ın nüfuzlu “Uol Strit Jurnal” qəzeti Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə cəhd ilə əlaqədar sensassion məlumatla çıxış edib.
Milli İstihbarat Təşkilatının (MİT) bir neçə ay öncə Gülənin izinə düşdüyünü deyən qəzet 40 min Gülən camaatı üzvünün deşifrə olunduğunu bildirib:
“MİT-də bir qrup araşdırmaçı gülənçilər haqda kəşfiyyat məlumatları toplamaq və Gülənin moizələrində istifadə etdiyi kəlmə və jestlərdə gizli mesaj olub-olmadığını ayırd etmək üçün günlərlə vaxt sərf edib. MİT tərəfindən izləndiyini bilən gülənçilər isə daha gizli şəkildə fəaliyyət göstərməyə başladılar. Gülən camaatının üzvü olan və casusluq işlərini daha yaxşı bilən təcrübəli hərbi kəşfiyyatçılar buna yardım edib. Gülənin özü telefon istifadəsini dayandırdı və təlimatlarını bir neçə yaxın adamına şifahi şəkildə deyirdi.
Gizli proqramdan istifadə edirdilər
Türkiyə kəşfiyyatının yüksək səlahiyyətli nümayəndələrinin sözlərinə görə, Gülən camaatı 2014-cü ildən etibarən “Baylok” (ByLock) adlı gizli mesajlaşma proqramından istifadə etməyə başlayıb. MİT bunu keçən qış tapıb və milyonlarla mesaj deşifrə olunub.
Bunun sayəsində kəşfiyyat 40 min gülənçini təsbit edib. Bunlardan 600-ü yüksək rütbəli hərbçi idi. Lakin bu mesajlarda hərbi çevrilişdən söhbət belə getmirdi.
MİT gizli mesajları yaydı…
MİT qırdığı “Baylok” mesajlarını bu ilin yazında nazirliklərə paylamağa başladı. Bununla da Gülən camaatı hadisədən xəbər tutdu və mesajlaşmanı dayandırdı.
21 mart 2016-cı ildə Gülən bir moizə oxudu. Yutubda Gülənin görüntülərini araşdıran MİT əməkdaşları bunun orduya bir mesaj olduğu qənaətinə gəldi. Ancaq yenə də Gülənin hərəkətlərində çevriliş əlamətləri yox idi…
600 xain hərbçi
Çevrilişə cəhddən 4 gün öncə MİT Gülən camaatı üzvü olan 600 nəfərin adını Baş Qərargaha göndərmişdi. Məqsəd hər ilin avqustunun ilk həftəsində keçirilən Ali Hərbi Şurada bu hərbçilərin ordudan uzaqlaşdırılması idi.
Qəzet ABŞ kəşfiyyat dairələrinin çevriliş hazırlığından xəbərsiz olduğunu qeyd edib:
“ABŞ kəfiyyat təşkilatlarının MİT ilə ortaq çalışmaları həmişə qarşılıqlı etibarsızlığa söykənib. Ayrıca ABŞ-ın Türkiyədəki çalışmaları hərbçilərin yox, terrorçuların dinlənilməsinə yönəlmişdi…”. (Axar.az)
MilliYol.Az
Digər xəbərlər
loading...