“Ermənistanın faşist rəhbərliyi unutmamalıdır ki, gec-tez haqq-ədalət zəfər çalacaq”. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb
N.Məmmədov qeyd edib: "1992-ci ildə Ermənistanın hazırkı faşist rəhbərliyinin də iştirakı ilə Xocalıda törədilən soyqırım və vəhşilikləri qınayan dövlətlərin sayı ildən-ilə artır. Ancaq onlar unutmamalıdırlar ki, gec-tez haqq-ədalət zəfər çalacaqdır!"
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.
MilliYol.Az
Digər xəbərlər
loading...