“Niderland Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında maraqlıdır”
Bunu Trend-ə müsahibəsində Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van der Linden deyib.
Rene van der Linden qeyd edib ki, Avropa bir qaz tədarükçüsündən asılı olmamaq məqsədilə enerji təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyası layihəsini reallaşdırır. Bu baxımdan AŞPA-nın keçmiş prezidenti Transadriatik (TAP) və Transanadolu (TANAP) boru kəmərlərinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu layihələr təkcə Niderland üçün yox, həm də bütün Avropa üçün böyük əhəmiyyət daşıyır.
Rene van der Linden hesab edir ki, qaz mənbələrinin şaxələndirilməsinə tələbat gələcəkdə daha da artacaq: ““Cənub Qaz Dəhlizi” vasitəsilə tədarük olunacaq Azərbaycan qazı əsasən Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin tələbatları üçün nəzərdə tutulub. Amma Avropanın boru kəmərləri sistemi bir-biri ilə əlaqəli olduğu üçün enerji ehtiyatlarının Avropanın cənubundan şimalına tədarükünü həyata keçirmək mümkündür”.
Rene van der Linden əlavə edib ki, Niderland Aİ-nin enerji təhlükəsizliyinin təmin olunması üzrə səyləri tam dəstəkləyir.
Digər xəbərlər
loading...