Suriyada Əsəd rejiminə məxsus qüvvələr Şəqri Qutaya hücumları davam etdirir
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata əsasən, hücumlar nəticəsində 32 nəfər həlak olub. Ölüm halları Kefer Batna, Hamuriya, Haresta, Sakba, Arbin, Afteris, Beyt Sava məntəqələrində qeydə alınıb.
Əsəd rejiminə sadiq qüvvələrin hücumları nəticəsində son 6 gündə ümumilikdə 389 mülki vətəndaş ölüb.
Hazırda 400 minə yaxın insan mühasirəyə alınmış şəhərdə yaşayır. Artıq 8 aydı şəhərə qida və tibbi ləvazimatın çatdırılması dayanıb.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin artından başlayıb. BMT-nın məlumatına əsasən, konflikt nəticəsində 400 mindən çox insan həlak olub, 10 milyondan çox sakin yaşadığı evi tərk edib. 4,8 milyo insan isə ölkə xaricinə qaçıb.
Digər xəbərlər
loading...