Rusiya yaxın 20 ildə dünyanın ən iri enerji ixracatçısı olmağa davam edəcək
"Report" xəbər verir ki, bu barədə BP şirkətinin dünya energetika sektorunun inkişafına dair proqnoz hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, Rusiyanın 2016-cı ilin yekununa görə dünya enerji istehsalında 10% olan payı, 2040-cı ildə 9%-ə ensə də, bu ölkə enerji ixracında liderliyini qoruyacaq. Buna səbəb kimi, Avropada enerji istehlakının artması amili göstərilir. Xüsusilə, Avropanın Rusiya qazından istifadə payı 30%-dən 50%-ə yüksələcək. 2040-cı ildə Rusiyanın dünya neft-qaz istehsalının 14%-ni həyata keçirəcəyi bildirilir. Qazın xüsusi çəkisi 50%, neftin 26%, kömürün isə 8% olacağı proqnozlaşdırılır.
"TeleTrade" şirkətinin maliyyə məsləhətçisi Janna Kulakova bildirib ki, Rusiya dünya qaz ehtiyatlarının 20-25%-nə sahibdir. Neft ehtiyatlarında isə Rusiya ilk 5-likdə yer almır. Lakin təbii qaza tələbat neftə müqayisədə daha sürətlə artır. Dünya energetikasının isə bərpa olunan enerji mənbələri ilə əvəzlənməsi yaxın 20 ildə gözlənilmir.
"Global energy" Assosiasiyasının proqnozlarına görə, neft və qazın dünya energetikasında payının ancaq 2070-ci ildə azalması gözlənilir.
Digər xəbərlər
loading...