“Ermənistan məktəblərində Xocalı soyqırımı, Ermənistanın Azərbaycanı işğal faktı və Azərbaycanda millətlərin birgə yaşayışı ilə bağlı yanlış təbliğatlar aparılır”
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bununla bağlı araşdırma aparıb və faktlar tapıb.
Spiker Oqtay Əsədov ondan faktları təqdim etməsini xahiş edib: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə işlərə başlamışıq, bu faktlar bizə lazım olacaq”.
O. Əsədov əlavə edib ki, Avropa parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır.
MilliYol.Az
Digər xəbərlər
loading...