Müğənni Tacir Şahmalıoğlu hazırda həbsdə olan Fədayə Laçının bacısı İlahə Fədadan gileylənib
Axşam.az-ın məlumatına görə, sənətçi “Evdəkilərə salam” verilişində deyib ki, hər kəs Fədayəyə görə onu günahkar hesab edir:
“Fədayə xanıma böyük hörmətim var. Çox ürəkli qız idi. Dostluğu bacaran idi. Bir də görürdün hardasa oturmusan hesabı belə ödəyib. Mən də onun üçün narahatam, Allah qapısını açsın. Bacısı, anası ilə görüşməmişəm. Bacısı mənim haqqımda mənfi sözlər söylədi, xətrimə dəydi. Mənə ləzzət etməyən işlər etdi. İlahə mənə heç vaxt lazım olmayıb, heç deyil də. Məni günahkar çıxardı. Guya mən günahkaram. Fədayə tələbəm olub, arxasına düşüb onu izləməyəcəm ki...
5-6 il Fədayə tələbəm olub, sonra duet ortağı olduq. Bacısı çıxdı ki, bizim müəllimimiz Şövkət Ələkbərova, Zeynəb Xanlarova olub. Televizora baxmaqla, dərs almırlar. Boş-boş söhbətləri xətrimə dəydi. Fədayə ilə düşmənçiliyim yoxudr. Hamı səhv edir. Səhvdir edib, bəlkə bu, onu hansısa uçurumdan qaytardı. Bəlkə bundan sonrakı addımlarda özünü düzəldəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...