Türkiyə ordusu Afrinə silah-sursat daşyan 30-40 avtomobildən ibarət maşın karvanını vurub
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silah Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“PKK/PYD-YPG və İŞİD terror qruplaşmalarına aid 30-40 avtomobildən ibarət karvanın Afrinin cənub-şərqindən şəhərə yaxınlaşdığı təsbit edilib. Karvan bu terrorçu qruplaşmalara silah-sursat daşıyırmış. 15 km məsafədə yerləşən karvan vurulub. Atəş nəticəsində mülki sakinlərə zərər dəyiməyib”, -deyə Baş Qərargahın açıqlmasında vurğulanıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyat nəticəsində 1873 terrorçu məhv edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...