Azərbaycanda dövlət hesabına ödənilən hüquqi yardımın məbləği iş saatı üçün 6 manat olacaq
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb.
Hazırda dövlət hesabına ödənilən hüquqi yardımın məbləği Nazirlər Kabinetinin qərarı ilə iş saatı üçün 2 manat müəyyən edilib. Sərəncama əsasən Nazirlər Kabineti 2 ay ərzində vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etməlidir. Qanunun həmin maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Digər xəbərlər
loading...