ATƏT PA-nın istefaya gedən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin təklif və tövsiyələrlə çıxış edib
APA-nın məlumatına görə, ATƏT PA-nın Vyanadakı qış sessiyasında final hesabatı ilə çıxış edən keçmiş xüsusi nümayəndə bildirib ki, Cənubi Qafqazın 3 ölkəsi ilə “Cənubi Qafqaz” adı altında məşğul olmaq artıq ATƏT PA üçün məhsuldar deyil: “Dağlıq Qarabağ və ətraf rayonlarla əlaqəli bütün problem və məsələlər - Azərbaycan və Ermənistanla bağlı vəziyyət Gürcüstandakı vəziyyətdən tamamilə fərqlidir. Hər üç ölkə yanaşma və məqsədlərində də fərqlənir. ATƏT PA fərqlilikləri qəbul etməli, hazırki yanaşmanı dayandırmalı və münaqişələri individual olaraq hədəfə almalıdır”.
K. Vigenin qeyd edib ki, hazırkı vəziyyətdə xüsusi nümayəndənin vəzifəsi tamamilə formal xarakter daşıyır. Onun sözlərinə görə, xüsusi nümayəndənin fəaliyyəti bir sıra səbəblərdən çox məhduddur: “Bölgədəki şərait daha geniş dialoq və təşəbbüslər üçün imkan yaratmır. Bütün müvafiq iştirakçılar daha az təşəbbüsə malik, daha az aktivlik göstərən şəxsə üstünlük verirlər. Bölgədə əlaqələrə və münaqişə zonasını ziyarət etməyə tam icazə yoxdur və olmayacaq. Xüsusi nümayəndə üçün maliyyə dəstəyi yoxdur və onun bütün xərcləri təmsil etdiyi ölkə tərəfindən ödənilir. Buna görə də indiki vəziyyətdə xüsusi nümayəndənin vəzifəsi dondurulmalı, bu səlahiyyətlər ATƏT PA-nın vitse-prezidentinə verilməlidir. O, daha geniş mənada ATƏT zonasında həlli uzanan münaqişələrlə məşğul ola bilər”.
MilliYol.Az
Digər xəbərlər
loading...