Ukraynanın “Reytinq” sosioloji qrupu ölkənin Avropa İttifaqı və NATO-ya üzv olmaq niyyətinə münasibəti araşdırıb
Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı mümkün referendumda respondentlərin 52%-i bu təşəbbüsü dəstəkləməyə hazırdır.
Sorğu iştirakçılarının 27%-i bu təşəbbüsə qarşı çıxdığını, 20%-i isə hələ qərar vermədiyini və ya səsvermədə iştirak etmək istəmədiyini vurğulayıb.
Sorğuya əsasən, son 3 ildə Ukraynada NATO-ya üzvlük tərəfdarlarının sayı 1,5 dəfə artıb. NATO tərəfdarlarının sayının artaraq 43%-ə çatdığı bilinib.
Respondentlərin 34%-i NATO-ya üzvlüyün əleyhinə çıxıb.
Rəyi soruşulanların 25%-i ya bununla bağlı qərar qəbul etmədiyini, ya da referendum keçirələrsə, ona qatılmayacağını deyib.
Sorğu 2017-ci il dekabrın 12-dən 28-nə qədər 30 min respondent arasında aparılıb.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.
Ukrayna assosiasiya sazişi və azad ticarət müqaviləsi ilə Avropa İttifaqına bağlıdır.
1949-cu ildə yaradılmış NATO-ya 29 ölkə daxildir: ABŞ, Kanada, Türkiyə, İslandiya, Almaniya, Belçika, Norveç, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İspaniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan, Albaniya.
2017-ci ildə Ukrayna parlamenti ölkənin NATO-ya üzv olmaq niyyətini nəzərdə tutan qanun qəbul edib.
MilliYol.Az
Digər xəbərlər
loading...