Bu günlərdə İsmayıllı rayonunun Buynuz kəndundə yanan, sabiq nazir Ziya Məmmədova məxsus olduğu deyilən villa barədə yeni məlumatlar üzə çıxıb
Mötəbər mənbəmizin verdiyi xəbərə görə, həmin villa Ziya Məmmədova yox, onun qardaşı Nəriman Məmmədova məxsus olub.
Qeyd edək ki, Ziya Məmmədov özü də, qardaşı, sabiq deputat Elton Məmmədov da media təmsilçilərinə açıqlamalarında yanan villanın keçmiş nəqliyyat nazirinə aid olmadığını bildirmiş, ancaq villanın hər halda onların ailə üzvlərindən birinin olmasına toxunmamışdılar.
Bu barədə Musavat.com-a bilgi verən mənbənin dediyinə görə, o, Buynuz kəndində yanan evin Ziya Məmmədovun qardaşı Nərimana məxsus olmasını dəqiq bilir: "Mən o evi Buynuza gedəndə dəfələrlə gormusəm. Butun kənd ona qargiş edirdi. Ev kəndin girəcəyində idi və qabagina kimi asfalt cəkdirmişdilər. Kəndin qəbirstanligi o evdən sonra idi. Bir az irəliləyəndə yol kəndin mərkəzinə çıxırdı. Kənd camaatı dəfələrlə xahiş etsə də, cəmi 1 kilometrlik yola asfalt dö.əmədilər. Yalnız öz evlərinin qabağına qədər çəkdilər, iş bitdi".
Xatırladaq ki, Nərminan Məmmədov Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən “MMC 85″adlı qurumun rəhbəri olub. O, 2014-cü ildə tutduğu vəzfədən azad edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...