Dünən, fevralın 21-də ABŞ-ın Federal Açıq Bazar Komitəsi (FOMC) FED-in sonuncu monetar iclasının yekunları barədə protokollarını açıqlayıb
MilliYol.Az "Report"-a istinadən xəbər verir ki, protokollarda bir sıra önəmli fikirlər yer alıb.
Protokollarda qeyd olunub ki, ABŞ-da güclü istisadi artım müşahidə olunur və bu durum uçot dərəcəsinin planlaşdırılandan əlavə artırılmasına səbəb ola bilər. Əmək bazarında, xərclərdə və investisiyalarda artım tam bərpa olunub və sağlam inkişaf gedir. Maliyyə şərtləri və vergi islahatları iqtisadi artıma kömək edəcək.
Bəzi FOMC üzvləri qlobal maliyyə bazarında volatillikdən ehtiyat etdiklərini bildiriblər. Lakin qısamüddətli perspektivdə bütün üzvlər ABŞ iqtisadiyyatında müsbət trendin davam edəcəyi fikrində olduqlarını açıqlayıblar. FOMC üzvləri 2018-ci ildə inflyasiyanın 2% hədəfinə çatacağını, monetar sərtləşdirmənin gecikdirilməsinin problem yarada biləcəyini qeyd ediblər.
Protokolların açıqlanmasından sonra ABŞ fond birjaları enişə keçib. Uçot dərəcəsində əlavə artım ola biləcəyi ehtimalları ilə dollar möhkəmlənməyə, qızıl isə ucuzlaşmağa başlayıb.
"Report"un analitik qrupu USD/EUR məzənnəsinin 1,20 səviyyəsinə, qızılın 1 250 dollar/unsiya kimi, fond birjalarının isə 15%-ə yaxın ucuzlaşacağını proqnozlaşdırır: "Lakin martın ikinci yarısından etibarən, FED-in iclası yaxınlaşdıqca maliyyə bazarının bərpa olunacağı gözlənilir. Bu vəziyyət, FED-in bu il keçirəcəyi bütün iclaslar boyunca müşahidə olunacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...