“Çalışırlar ki, mənim yanımda adlarını hallandırsınlar. Mən isə onların çoxuna cavab vermirəm. İttihamlar da oldu. Hətta mənim ailəmin adını çəkən insanlar oldu. Mən bu məsələdən o qədər utandım ki. Axı ailəmin adını niyə çəkirsən? Mən kimə konsert vermişəmsə, əcəb eləmişəm. Çox cılız, ucuz söhbətlər edirlər. Ətim töküldü, arıqladım. Hərdən belə söhbətlər olanda, arıqlayıram, yaxşıdır. Artıq iyrənmirəm. Hərdən baş götürüb getmək istəyirəm. Böyük məmnuniyyətlə gedərəm. Xanımım "hə" desə, arxama dönmədən gedərəm”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə “Virtual həyat” verilişinə açıqlamasında deyib. Sənətçi bildirib ki, ölkədən çıxıb getmək istəyir.
Yaradıcılığından danışan Nadir heç vaxt konsert verməyəcəyini söyləyib:
“Planda konsert yoxdur, heç vaxt da olmayacaq. Çünki konsert böyük xərc tələb edir. Mənim isə sponsorum yoxdur. İstəmirəm ki, qazandığımı konsertlərə töküm, ordan da heç nə qazanmayım. Mən işlədiyim qədər heç bir müğənni işləməyib. Konsert üçün məkanın icarəsi var, səhnə qurmalısan, sponsor da ki, yoxdur. Bəlkə, qızların sponsoru var, deyə bilmərəm, ancaq kişilərin yoxdur. Biz özümüz eləməliyik. Mənim konsertə, reklama ehtiyacım yoxdur”.
MilliYol.Az
Digər xəbərlər
loading...