Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib
Bildirilib ki, BNA-nın mühüm sosial əhəmiyyət kəsb edən layihəsi çərçivəsində 2017-ci il dekabrın 9-dan paytaxt ərazisindəki yol kəsişmələrində və səkilərdə pandusların tikinti-quraşdırma işlərinə başlanılıb. Pandusların maililiyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir.
Hüseyn Cavid prospekti və Ayna Sultanova, Seyfəddin Dağlı və Məmməd Rəhimov küçələrinin, Bülbül prospekti və Mirzəağa Əliyev, Dilarə Əliyeva küçələrinin kəsişməsində tikinti-quraşdırma işləri yekunlaşıb. Həmçinin 28 May və Mehbalı Zeynalabdıyev, Rixard Zorge küçələrinin, Dilarə Əliyeva və Rixard Zorge, Rəşid Behbudov və Xəqani küçələrinin kəsişmələrində, Fizuli küçəsində və Xocalı prospektində də işlər başa çatıb. Ümumilikdə isə ilkin mərhələdə Bakı şəhərinin 5 rayonunda 415 pandusun tikintisi cari il iyul ayının 1-dək yekunlaşacaq.
Bakı Nəqliyyat Agentliyi yol infrastrukturunu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün əlverişli etmək məqsədilə başladığı layihə çərçivəsində geniş maarifləndirmə işlərinə də start verib. Məqsəd hərəkət iştirakçılarına mühüm sosial əhəmiyyət kəsb edən layihə barədə ətraflı məlumat vermək, eyni zamanda, panduslardan düzgün istifadə edilməsi ilə bağlı maarifləndirmə işini təşkil etməkdir.
Qeyd edək ki, yol infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulub.
Digər xəbərlər
loading...