Ermənistanın hərbi hissələrindən birində hərbi qulluqçu Stepan Stepanyan ölüb
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan hələlik ölümün səbəbinin müəyyən edilmədiyini bildirib.
"Əsgər məzuniyyətdə idi, hərbi hissəyə qayıdıb, elə həmin gün vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, orada keçinib", - o deyib.
Öz növbəsində, ölən əsgərin doğulduğu Qarni kənd administrasiyasının rəhbəri Aqaron Saakyan hərbçinin bir neçə gün əvvəl xəstəxanaya yerləşdirildiyini, sosial təminatsız ailədən olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.
Digər xəbərlər
loading...